Adamlıq Dinində Qadın Psixologiyası
Adamlıq dininin cəmiyyətə aşıladığı ən mühüm təlqinlərdən biri də insanların qadın və ya kişi olduqlarına görə, yenə bu dinin müəyyən etdiyi bəzi fərqli və qəribə xüsusiyyətlərini mənimsətməsidir. Halbuki, möminlər arasında xüsusiyyət cinsiyyətə görə dəyişməz. Yeganə və ortaq olan ideal mömin ruhu vardır. Adamlıq dinində isə adamın xüsusiyyəti qadın və ya kişi olmasına görə, süni bir istiqamətlə və ictimai təlqinlə dəyişir.
Qadınlar adamlıq dini cəmiyyətinin güclü təlqini nəticəsində olduqca zəif xüsusiyyət qazanmış və bacarıqsız adını almışlar. Cəsarət, ağıl, dözümlülük, çeviklik, zəka, bacarıq, çətinlik və çətinliklərə qarşı möhkəm olmaq kimi xüsusiyyətlər adamlıq dininin qadına təsis etdiyi rolda yeri olmayan, olsa belə, həmişə zəif və əksik olan xüsusiyyətlərdəndir. Bütün bu xüsusiyyətlərin kişidə olmasının lazım olduğuna dair həm kişilərdə, həm də qadınlarda ön mühakiməli bir razılıq vardır. Qısqanclıq, naz, şikayət, acizlik, həyəcan kimi ünsürlər isə həmişə qadın göstəriciləri olaraq müəyyən olunmuşdur.
Adamlıq dini qadın ruhunu qadınlara acizlik, ağılsızlıq, cahillik, saf və bacarıqsızlıq olaraq yaşadır. Qadın bu dinin yanlış qaydaları istiqamətində özünü bu görünüşə salır və bu ruhu yaşamaq zərurətini istər-istəməz qəbul edir. Özü üçün müəyyən edilən bu əhval onda bütün rəftar və davranışları ilə fərqli bir şəxsiyyəti meydana gətirir. Bu ruhi və psixoloji zəifliyin onun qadın olmasının gərəyi olduğu və bunun təbii olduğu yanlışlığı şüura yeridilmişdir. Cəmiyyətin qazandığı ağılsızlıq, cəhalət, bacarıqsızlıq rolunu mənimsəyən qadın zamanla, həqiqətən, ağılsız, bacarıqsız və cahil hala düşür.
Bu batil dinin müəyyən etdiyi anlayışa görə, qadının ancaq onu qadın edən xüsusiyyətləri ön plana çıxa bilər. Ağıl və əxlaq gözəlliyinin yerinə üz və bədən gözəlliyi, cazibədar olması, baxımlı və emosiyalı olması kimi... Özlərinin cəmiyyətin ən mədəni, ən müasir qisminə aid olduğunu düşünürlər və beləcə, bu qaydaya riayət edirlər.
Bu çirkin məntiqlərlə adamlıq dininin özünə məxsus yanlış ədəb və əxlaq qaydaları da müəyyən edilir.
Adamlıq dininin qadınlar üçün təyin etdiyi xüsusiyyətlərin ən birincisi düşünməməkdir. Bu səbəblə, bu batil inancı mənimsəmiş bir qadın zehnini heç bir mövzuda işlətməyə ehtiyac duymaz. Başqalarının düşüncələrindən istifadə etməklə yaşayar. Heç bir mövzuya həll gətirməz, ona təqdim edilən həlləri tətbiq edər. Məsələn, əgər ailəsi maddi baxımdan çətin vəziyyətə düşərsə, bunun həllini ərinə buraxar. Özü isə hansı işin özlərinə daha faydalı olacağını və dolanışığı təmin etmək üçün hansı yolu seçməyin lazım gəldiyi kimi mövzularda heç düşünməz. Yalnız yoldaşını evə pul gətirmədiyi üçün günahlandırıb özünü bundan tamamilə kənarda tutar.
Adamlıq dinindəki qadın xarakterinin başqa bir xüsusiyyəti də inkişafa və irəliləməyə qarşı qapalı olmasıdır. Buna görə, bir çox qadın mədəniyyət, ədəb, qabiliyyət, təcrübə artırmaq üçün səy göstərməyə ehtiyac duymaz. Dolayısilə də, elmi inkişafları, texnologiyanı, iqtisadiyyatı, siyasəti izləməz. Düşündüyü təkcə fiziki görünüşü və ya öz peşəsi ilə əlaqəli mövzulardır.
Hətta adamlıq dinində inanc belə qadına hazır şəkildə təqdim edilir. Evlənəcəyi adamın inancı hansı istiqamətdə olarsa, özünü ona görə hazırlayır. Əgər evlənəcəyi adam dindar olarsa, dinlə maraqlanmağa başlayır; əgər evlənəcəyi adam iman etmirsə və ya Allah`ın əmrləri mövzusunda zəif davranırsa, qadın da vicdani olaraq Allah`ın varlığını bilsə belə, yoldaşı kimi yaşamağa başlayır. Evlənəcəyi adamın məntiqini, dünyagörüşünü, zövqlərini, dəyər mühakimələrini hazır model olaraq tamamilə mənimsəyir və buna görə həyatına davam edir. Bu səbəblə, adamlıq dinini yaşayan bir çox qadının özünə aid doğru-yanlış anlayışı olmaz. Ya ərinin, ya rəfiqələrinin, ya da ata-anasının dəyər mühakimələrini mənimsəyib özlərinə bir yol seçirlər.
Bu şeytani dini yaşayan qadınların həyatlarını davam etdirmələri üçün mütləq dəstəyə və qorunmağa ehtiyacları vardır. Əksəriyyətinin ətrafdakı zəif, çarəsiz insanları qoruyan, onların haqqını müdafiə edən və onların adına mübarizə aparan fəaliyyətləri yoxdur. Heç kimi qorumaz, amma özü qorunar. Heç kimlə maraqlanmaz, ancaq onunla maraqlanarlar. Heç kimə görə mübarizə aparmaz, ancaq onun rahatlığı üçün mübarizə aparanlar olur.
Qorxaqlıq da bu batil dinin qadın xüsusiyyətinin bir parçasıdır. Bir çox qadın, əslində, heç qorxmadığı vəziyyətlərdə belə sırf qorxurmuş kimi reaksiya verməli olduğuna inandığı üçün qışqırır, şişirdilmiş hərəkətlərlə üzünü örtür və ya həyəcanlanmış kimi görünür. Məsələn, qorxulu kinoya gedən bir qadın kinodan heç təsirlənmədiyi halda, çox qorxurmuş kimi hərəkətlər edir. Əslində, qorxulu olmayan, bir uşağın belə cəsarətlə qarşıladığı hadisələr qarşısında qışqırır, ani və sərt reaksiyalar verə bilir. Çünki cahiliyyə cəmiyyətində qorxunun qadına yaraşdığı və ya qadın olmağın bir gərəyi olduğu inancı vardır. Halbuki, Allah`dan başqa qorxulacaq heç bir varlıq və ya hadisə yoxdur. Bu həqiqətin mahiyyətini dərk etmək və (fiziki reflekslərin xaricində) ürəkdən tətbiq etmək bütün insanların üzərində bir məsuliyyətdir.
Cahiliyyə cəmiyyətinin qadın üçün təyin etdiyi bu xüsusiyyətin başqa tərəfi isə daha əvvəl də ifadə etdiyimiz kimi, qabiliyyətsizlikdir. Bir çox qadın kiçiklikdən etibarən qabiliyyətsiz olduğu inancı ilə yetişdirilir. Bu səbəblə də əl bacarığı zəif olar və heç bir şəkildə bu mövzuda özünü inkişaf etdirməyə ehtiyac duymaz. Məsələn, adamlıq dinində bir qadının elektronika alətinin necə təmir edildiyini öyrənməməyi və ya kompleks bir alətin necə işlədiyini anlamamağı son dərəcə təbii görünür. Yaxud da partlayan rezin şini dəyişdirə bilməməyi, əl bacarığı tələb edən bir çox işdə müvəffəqiyyətli ola bilməməyi də məqbul qarşılanır. Halbuki, bu, tamamilə adamlıq dininin qadınlara yaraşdırdığı süni bir xüsusiyyətdir. Bir çox qadın, əslində, son dərəcə bacarıqlı və praktik olduğu halda, yalnız bu təlqinlə özünü qabiliyyətsiz olduğuna inandırdığı üçün bu cür işləri bacarmaz. Təbiidir ki, fiziki gücündən artıq işləri görməməsi normaldır, amma bunun xaricində qalanlar tamamilə aldığı təlqinin bir nəticəsidir.
Adamlıq dininin qadına olan baxışı son dərəcə hörmətdən salıcıdır. Çünki adamlıq dinində qadın kiçiklikdən etibarən “yaxşı yemək hazırlamağı öyrənə bilməsən, oxumasan, heç kimlə evlənə bilməzsən; baxımlı olmalısan ki, evdə qalmayasan” kimi təlqinlərlə böyüdülür. Ailələr qızlarını xüsusi məktəblərə göndərərkən, ədəb öyrədərkən, kitab oxumağı, bir musiqi alətini çalmağı və ya sənətlə maraqlanmağı tövsiyə edərkən tək düşündükləri şey yaxşı evlilik qurmasıdır. Bu səbəblə, kiçiklikdən etibarən özünü bu gözlə görməyə alışmış gənc bir qız böyüyəndə də mütləq bütün xüsusiyyətlərinin maddi olaraq qarşılanmasını istəyir. Buna görə də pul həmişə bu tip qadınlar üçün birinci dərəcəli olur. Sahib olduqları xüsusiyyətləri maddi olaraq qarşılaya bilməyən birisi ilə əsla birlikdə olmaq istəməzlər. Belə olduqda isə öz ifadələri ilə desək, istifadə edildiklərini düşünürlər. Buna görə, əgər adamlıq dinini yaşayan bir qadının yoldaşı kifayət qədər maaş ala bilmirsə, bu, mütləq mübahisə mövzusu olur. Özünə yaxşı baxa bilmədiyini, başqa birisinə ərə getmək imkanı olduğu halda, onunla evləndiyini və ya belə birisi ilə evlənib həyatını məhv etdiyini deyib, yaxşı dəyər verilmədiyini ifadə edir. Buna görə, adamlıq dini evliliklərində pul mövzusu mütləq problem sayılır.
Quranda cahiliyyə qadın xüsusiyyətinin fitnəkar və plançı olduğundan da bir çox ayədə bəhs edilir. Hz. Yusifi fitnələri ilə həbsə atdıran qadının etdikləri üzərinə endirilən bir ayədə din əxlaqından uzaq yaşayan qadınların bu yönünə belə diqqət çəkilir:
(Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: "Bu, sizin məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!" (Yusif surəsi, 28)
Cəmiyyət içində də sözlə bilinən qadın fitnəsi qarşıdakı insanı aldatmağa və ikiüzlülüyə əsaslanır. Ancaq adamlıq dini qadın fitnəsini qanuni hala gətirən bir model meydana gətirmişdir. Məsələn, kişini yumşaltmaq üçün qadının özünə saf və günahsız görünüş verməyə çalışması və ya etdirmək istədiyi bir şey olduğunda gözləri dolaraq ağlamağa başlaması… Qısqandığı bir qadın haqqında pis fikirlər söyləməsi, tərifləyirmiş kimi danışıb, əslində, tənqid etməsi kimi… Qarşı tərəfin üstünə düşməsi və bilavasitə özünü qiymətli göstərmək üçün soyuq və laqeyd davranması, özü istəmədiyi halda, sanki kimsə onunla maraqlanırmış kimi görünməyə çalışması, xüsusilə telefonla zəng vurmamağı, hal-əhval tutmamağı, şən və ünsiyyətcil olmamağı kimi taktikalar da adamlıq dininin qadın fitnələridir. Bir gənc qızın oğlan dostunu qısqandırmaq üçün digər oğlan dostları ilə daha çox görüşməyə başlaması, ətrafındakı oğlanlarla daha çox ünsiyyətdə olması, heç maraqlanmadığı bir insanla maraqlanırmış kimi davranması, uşaqlıqdan öyrəndiyi bu qadın fitnələrinin bir hissəsidir.
Adamlıq dininin qadın xüsusiyyəti hiyləgərlik üzərinə qurulmuşdur. Buna görə, bu inancla yetişdirilmiş bir qadın zahirən gözüyaşlı, günahsız, yumşaq insan görünüşündə olarkən daxilən çox zalım biri ola bilər. Məsələn, maddi çətinlik içindəki yoldaşından tətilə getmək məqsədilə pul almaq üçün göz yaşlarını tökər. Və ya bahalı bir paltar almaq üçün naz edər, mübahisə yaradar. Zahirən çox həssas bir insan kimi görünərkən, əslində, çətin vəziyyətdə olan bir insana öz mənfəəti və rahatlığı üçün daha da əziyyət verib son dərəcə zalım davranar.
Adamlıq dinində qadınların bir-birləri ilə əlbir olub ərlərini necə idarə edə biləcəklərinə dair planlar qurmalarına da çox rast gələ bilərsiniz. Halbuki, bu, tamamilə şeytani bir davranışdır. Bir-birlərindən öyrəndikləri taktikalarla yoldaşlarını müəyyən mövzularda idarə edərlər. Bu mövzuda biri digərinə tövsiyələr də verər. Məsələn, “axşam ən sevdiyi yeməyi hazırla, gülərüz ol, sevdiyi verilişə baxarkən almaq istədiyin paltarın qiymətini de”, “əvvəl bir çay ver, siqaretini yandır, ordan-burdan danış, hirsi soyuduqdan sonra mövzunu açarsan” tövsiyələr qadınların ərləri üçün qurduğu taktikalardır. Və ya “qısqandırmaq istəyirsənsə, bəzən çıx küçəyə və gec gəl”, “sözünə baxmağını istəyirsənsə, çox üz vermə”, “nə qədər qədər diqqət göstərsən, o qədər tez soyuyar, unutma” kimi səmimi olmayan tövsiyələr qadınların bir-birlərinə öyrətdiyi fitnələr arasındadır.
Halbuki, adamlıq dini insanları fiziki xüsusiyyət və fərqliliklərinə görə başqa xasiyyət və psixologiyaya yönləndirərkən Quranda təsvir edilən din bunun tam əksinə, insanları qadın-kişi fərqi güdmədən tək və mükəmməl bir xüsusiyyətə, ideal şəxsiyyət quruluşuna və üstün əxlaq anlayışına yönəldir. Qadın və kişilərə ayrı-ayrılıqda yönələn fərqli əxlaqi və psixoloji modellərin Allah`ın dinində yeri yoxdur. Quranda iman edən kişilər və iman edən qadınların -adamlıq dininin tam əksinə- tək, ortaq və ideal olan mömin əxlaq və xüsusiyyətinə sahib olduqlarını bildirilir:
Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allah`a) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini qoruyub saxlayan kişilər və qadınlar və Allah`ı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır! (Əhzab surəsi, 35)
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allah`a və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71)
Yuxarıda da ifadə etdiyimiz kimi, qadınlarla kişilər arasında fiziki fərqliliklərdən irəli gələn bəzi ictimai əmək bölgüsü, məsuliyyət bölgüsü kimi tənzimləmələr ola bilər. Ancaq bunda nəzərdə tutduğumuz hamının bildiyi kimi -və əslində, tamamilə adamlıq dininin təlqinindən ibarət olan- qadının yemək bişirib qab-qacaq və paltar yuması və s. növündən olan ayrı-seçkiliklər deyil. Çünki İslam dini bu mövzularda qadına yüklədiyi xüsusi məsuliyyət yoxdur. Allah qadınla kişi arasında ayrı-seçkiliyin olmadığına belə diqqət çəkmişdir:
Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allah`dan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!" (Ali-İmran surəsi, 195)
Nəticə olaraq, kişi və qadının öz aralarında razılaşaraq hər cür işi təşkil etmələri ən ağıllı həldir.
Bunun xaricində, qadınların fiziki güclərindən artıq ağır işlərdə çalışması xüsusi zərurət olmadıqca, təbii ki, uyğun deyil. Ancaq bunu qadınların aciz, köməyə möhtac, əksik varlıqlar olduğu şəklində izah edib onların bu xüsusiyyətə bürünmələrini təlqin etmək tamamilə Qurandan kənar zehniyyətin məhsuludur. Bu da adamlıq dininin zehniyyətidir və fiziki yöndən daha zərif yaradılmış qadının zəif olmasının lazım olduğuna yönəlir və bilavasitə bir çox təlqini içində saxlayır. Halbuki, qadın və kişi arasında fiziki cəhətdən qaynaqlanan əzələ gücü fərqliliyinin xaricində başqa bir fərq yoxdur. Qadın da, kişi də Allah qatında eyni məsuliyyətə malikdir və sorğuya çəkiləcək.
Adamlıq dininin qadınlara təqdim etdiyi bu acizlik modeli son dərəcə normal, sağlam və ağıllı hərəkət edə bilən bir qadını yazıq mövqeyinə salır. Bu acizlik yavaş-yavaş xarakterə keçir.
Bu səbəblə, adamlıq dininin qadını mömin qadınlara məxsus olan zadəgan, şəxsiyyətli və ağıllı davranış və görünüşdən son dərəcə uzaqdır. Bu dinin şəkilləndirdiyi qadın xüsusiyyəti Qurana görə, mömin kişi və qadının çəkinməli olduğu şəxsiyyətsizlik və anormallıq kimi bütün davranışları özündə cəmləşdirir.
Kokona xüsusiyyəti
Oxuduğunuz kitablarda, dost söhbətlərində və ya məktəbdə “kokona” ifadəsini mütləq eşitmişsiniz. Müəyyən bir insan modelini təsvir etmək üçün istifadə edilən bu ifadə, əslində, adamlıq dininin mühüm xüsusiyyətlərindən biridir. Bütün xüsusiyyətləri din əxlaqına zidd olmasına baxmayaraq, xalq arasında çox məşhurdur və hətta bəzi insanlar tərəfindən hörmətlə qəbul edilmişdir. Bunun səbəbi bəlkə də bu xüsusiyyətin bütün mənfi tərəflərinin ağıllı və məntiqli şəkildə Quran əxlaqı ilə müqayisə edilməməsi və insanların diqqətinə çatdırılmamasıdır. Ancaq bu hissədə oxuyacaqlarınızla sözügedən xüsusiyyətin bütün çirkinliklərinə şahid olacaq və qarşınıza çıxan din əxlaqından uzaq bir çox insanın bunu bütün qaydaları ilə tətbiq etdiyini görəcəksiniz.
Kokona xüsusiyyəti süni mahiyyət daşıyır
Kokonanın ən mühüm xüsusiyyətlərindən biri bu xarakteri daşıyan insanın heç bir zaman əsl şəxsiyyətini göstərməməyidir. Bütün həyatını süni şəkildə qurar. Heç bir zaman hadisələrə qarşı səmimi, təbii və daxilən gəldiyi kimi reaksiya verməz. Sevgisini səmimi olaraq göstərməz, ürəyindən keçənləri olduğu kimi söyləməz, olduğu kimi baxmaz və ya danışmaz.
Sünilik kokonaların başlıca xüsusiyyətlərindəndir. Bu süniliyin gətirdiyi saxtakarlığı göstərərlər. Məsələn, kokona xüsusiyyətli bir insan əhəmiyyətsiz hesab etdiyi hadisə qarşısında kədərli görünə bilər. Daxilən heç bir şey hiss etmədiyinə baxmayaraq, cahiliyyə meyarlarının gərəyi kimi, “vay-vay”, “hə canım, sonra nə oldu”, “görürsənmi sən bu işi” kimi ifadələrlə dinlədiyi hadisənin nə qədər təəssüfləndirici olduğunu izah etməyə çalışar. Ancaq bu reaksiyanı verərkən yalnız söylədiyi sözlər deyil, səs tonu, baxışları, üz ifadəsi, əl hərəkətləri, hətta oturuş şəkli belə süni olur. 40 il boyu birlikdə olduğu və bütün ömrünü birlikdə keçirdiyi ən yaxın yoldaşına da həyatı boyunca bir dəfə belə əsl üzünü göstərməz, gerçək səsi ilə danışmaz və ya gerçək şəxsiyyətini əks etdirməz.
Kokona xüsusiyyətli insan heç vaxt başqasına qarşı əsl sevgi bəsləməz və göstərməz. Çünki bu xüsusiyyətə süniliklə yanaşı, eqoistlik də hakimdir. Bu xüsusiyyətə sahib olan bir insanın həyatda ən çox sevdiyi özüdür. Hər kəsdən çox özünü bəyənir. Hər kəsdən daha ağıllı və mədəni olduğunu düşünür. Həyatda özündən daha çox dəyər verdiyi heç kim yoxdur. Uşaqları, əri, yaxud ata və anası da daxil olmaqla… Bu səbəblə, heç kimi səmimi şəkildə sevməz. Dolayısilə, sevgi hissləri də çox süni olur. Məsələn, heç vaxt qarşısındakı insana könüldən sarılmaz, iltifat etməz, onun gözəl tərəflərini görüb dilə gətirməz. İltifatları həmişə göstərişə əsaslanır və saxta olur. Bu xüsusiyyəti daşıyan insanlar yalnız qarşısındakının gözəl paltarını tərifləyər, haradan aldığını və ya neçəyə aldığını soruşar. Ya da saç düzümünü bəyənər və harada düzəltdirdiyini öyrənər. Taxdığı qızıl diqqətini çəkər, buna kompliment deyər. Ancaq heç vaxt qarşısındakının əxlaqına və ya görünüşünə məxsus gözəl xüsusiyyətləri tərifləməz. Məsələn, təvazönü, mərhəməti, səbri, vicdanı, Allah qorxusunu, cəsarəti, comərdliyi dilə gətirməz. İnsanların fiziki gözəlliklərini də ön plana çıxarmaz. Bu səbəblə, sevgi göstərməyi və könül almağı bilməz.
Bu xüsusiyyəti yaşayan insanın həmişə iki üzü, iki səs tonu və iki şəxsiyyəti olur. Bunlardan biri özünə aid olur, digərlərini isə ətrafa göstərir. Məsələn, heç vaxt ürəyindən keçənləri qarşısındakına həmin an söyləyəcək dürüstlüyə sahib olmaz. Bir insanı sevməsə belə, ona qarşı süni sevgi göstərə bilər. Cahil tanıdığı bir insana saxtakarlıqla nə qədər mədəni olduğunu deyər, heç bəyənmədiyi paltarı tərifləyər. Bu səbəblə, kokonaların sözünə güvənməzlər. Ondan məsləhət almazlar, çünki mütləq gerçək fikrini gizlədib mühitə uyğun olanı deyəcəyini düşünərlər. Belə bir xüsusiyyətə malik insanın sevinci də təbii və səmimi olmaz. Həqiqətən, xoşuna gəldiyi, zövq aldığı və ya sevindiyi üçün deyil, gülməsinin lazım olduğunu düşündüyü üçün gülər. Qəlbində sıxıntı çəkərkən üzdə gülər. Heç zövq almadığı insanların yanında, çox sıxıldığı mühitlərdə belə -işinə yarayarsa- şən görünər. Qüruruna ağır gəldiyi vəziyyətlərdə, alçaldığını hiss etdiyi bir anda və ya insanların özünə dəyər vermədiyi mühitlərdə də süni şəkildə gülərlər.
Adamlıq dinində kokona xüsusiyyəti
(Hörmətli Adnan Oktarın Temp TV reportajı, 31 mart, 2009)
Adnan Oktar: Axırzamanda küçələrdə də görürsünüz, belə kokoş, dinsiz, aqressiv, əprimiş, ətli qadınlar törəmişdir. Pis danışan, gözlərindən nifrət yağan, aqressiv, həyasız, hər şeydə pislik axtaran, fitnəkar, sevgisi ölmüş, söhbətcil olmayan, yox olmuş insanlar. Belə çirkli, natəmiz insanlar. Və ayə, eyni zamanda, bunlara baxır. Yəni bunların ümumi xüsusiyyəti dinsiz, ateist olmaları; cahil olduqları halda, dinə, İslama, Qurana qarşı nifrət və kinlə yanaşmalarıdır. Öz aralarında da bir-birlərinə düşmən olmalarıdır. Çox dedi-qodu, qeybət edən, kinli və murdar olmalarıdır. Bu insanlar Quranda çirkli və pis görülən qadın qrupudur. Belə nifrət dolu, xalq arasında kokoş kimi təbir edilən, yaşlı xoruzlara bənzəyən, əsəbi, çirkli dırnaqları ilə filan, sanki cadugəri xatırladan tiplər olur. Bunlar gecə-gündüz fitnə axtarırlar. Harada asayiş olarsa, onu pozmağa çalışırlar və dəli enerjisi olur bu insanlarda. Ən ağır xəstəliyə tutulsa belə, gecə-gündüz İslama hücum edər, müsəlmanlara hücum edər. Harada yaxşı bir şey varsa, gəlib onları pozmağa çalışar. Yəni belə cadugər xasiyyətli, fitnəkar qadın tipidir. Bunlardan Allah`a sığınmaq lazımdır. Bunların düyünlərə üfürməsi odur, yəni bunların etdikləri cadu deyilən şey pis sözün təkrarıdır, eyni zamanda. Pis sözləri çox təkrar edir bunlar. Pislik arxasından qaçırlar və pisliyin yayılması üçün cəhd göstərirlər. Bunlar, axırzamanın cadugərləridir.
(Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı, 22 yanvar, 2009)
Adnan Oktar: Ümumiyyətlə, elə bilinir, amma bəzi insanlar var, həqiqətən, elədir. Məsələn, dırnağında dörd qat lak olur, saçını düzəltdirir; bir həftə, on gün saçı o vəziyyətdə gəzir. Məsələn, həftələrlə alt paltarlarını dəyişdirmir, amma çox qəşəng geyindiyini düşünür, çox gözəl geyindiyi qənaətində olur. Məsələn, qulağındakı sırğaları paslanır və artıq onlar infeksiya meydana gətirir; bununla belə, qürurla gedir; zənn edirəm ki, onlara kokona deyirlər.
(Hörmətli Adnan Oktarın Aks TV reportajı, 14 aprel, 2009)
Adnan Oktar: Məsələn, mən görürəm imanlı qadınlar da normal halda, 50-60 yaşında çox xoş və gözəl olurlar. Amma baxıram, son zamanlarda kokona əxlaqlı tiplər çıxıb. Diksindirici, aqressiv. İquanaya bənzəyirlər. Nifrət dolu baxışlarından insan ürkür. Nə danışırsa, ya dedi-qodu olur, ya fitnə olur, ya böhtan olur, ya da aqressivlik olur. Ay xanım, ruhunda heç sevgidən bir işıq yoxdurmu? Bir çiçəyi sev, insana qarşı bir sevgi bəslə. Bir pişiyə qarşı, bir insana qarşı şəfqətlə yanaş. Dostun-tanışın olsun. Hər kəsə nifrət edir. Uşağı ilə, əri ilə dava edir, ata-anasına hücum edir. Qonşularına qarşı kin bəsləyir. Belə insanlar çıxıb, əlbəttə ki, bu da çox pisdir.
Kokona xüsusiyyətini daşıyan insanlar təmizliyə əhəmiyyət verməzlər
Kənardan baxanda bu insanlar olduqca baxımlı görünürlər. Çünki göstəriş kokona xüsusiyyətində mühüm bir yerə malikdir. Ancaq hər mövzuda olduğu kimi, təmizlik mövzusunda da yalnız göstərişə yönələn anlayışda olduğu üçün bu insanlar heç kimin görmədiyi yerdə son dərəcə səfil həyat yaşayırlar. Bu xüsusiyyətə sahib olan bir insan üçün təmizlik yalnız çöldəki insanların təqdirini qazanmaq üçün görülən ağır işdir. Dolayısilə, bu zehniyyətə görə, heç kim olmadığında təmiz olmağın səbəbi də ortadan qalxır.
Məsələn, kokona xüsusiyyətini daşıyanlar evdə yalnız qonaqların oturduğu otağın təmizliyinə diqqət yetirirlər. Ancaq bu otağın da yalnız görünən yerlərini təmizləyirlər. Kreslolara baxanda son dərəcə təmiz görünür, ancaq kresloların arxasının və ya altının təxminən aylarla silinmədiyini, hər yeri toz örtdüyünü görə bilərsiniz. Qızdırıcı sobaya baxanda qapaqları təmiz görünür, ancaq bu qapaqları çıxardığınızda ortaya çıxan mənzərə son dərəcə pis olur. Bu xüsusiyyətə sahib kəslərin evində, bəlkə də illərlə toxunulmamış yerlər olur. Köhnə əşyaların olduğu şkaflar, xalçaların altı, hamamın divarları kimi əsas yerlər mikrob saxlayan çirkli yerlərdir .
Ancaq hər şeydən önəmlisi, bu insanların fərdi təmizlikləri mövzusunda göstərdikləri diqqətsizlikdir. Kokona xüsusiyyətinə sahib insanın əsas yönlərindən biri də günlərlə yuyulmayan bədəninə çoxlu ətir vurub kirli olduğunu örtməyə çalışmasıdır. Kənardan baxanda gözəl və bahalı ətir qoxusu ilə gəzən bu insanların çoxu günlərlə su üzü görmürlər. Bərbərə getdikdən sonra pul verməmək üçün və saçları pozulmasın deyə, uzun müddət yumadan saçlarını qoruyurlar. Bir yerə gedərkən yalnız görünən yerlərini təmizləyir, ancaq paltarın altında qalan yerlərə əsla əhəmiyyət verməzlər. Bu səbəblə, davamlı bakteriya və mikroblardan qaynaqlanan infeksiyalara tutulur, ancaq çoxu bunun fərqinə varmadan illərlə bu xəstəliklərlə yaşayırlar. Yeməyin təmizliyinə əhəmiyyət vermir və yeməyi yaxşı yuyulmamış tərəvəzlərlə, çoxdan qalan yağlarla hazırlayırlar. Xeyirləri üçün qarşı tərəfin sağlamlığını təhlükəyə atmaqdan çəkinməzlər. Hətta təmizliyə əhəmiyyət vermədən hazırladıqları bu yeməklərin insanların sağlamlığına zərər verəcəyini ağıllarına belə gətirməzlər. Çünki kokona xüsusiyyəti daşıyan insan artıq bir müddət sonra natəmiz həyat tərzi keçirməyə alışır və bunu təbii həyat olaraq qəbul edir.
Bütün bunlar kokona xüsusiyyətinin dinsizlik sistemi üzərinə qurulmasından qaynaqlanır. Bu səbəblə, vicdanlarına qulaq asmaz və məcbur olmadıqları müddət boyu Allah`ın əmr etdiyi kimi təmiz, fədakar və ya incə düşüncəli olmazlar.
Dinə qarşı azğın baxışları
Kokonalar dini Quranda təsvir ediləndən çox fərqli düşünürlər. Belə insanların bir çoxunun baxışına görə, dini inanc insanın Allah`a olan bağlılığından deyil, cəmiyyətə qəbul edilmək arzusundan qaynaqlanır. Başqa sözlə desək, bu azğın məntiqə sahib olan insanlar üçün müəyyən bir ölçüdə dindar olmaq cəmiyyətin ümumi qaydası olaraq yerinə yetirilməsi lazım olan həyat qanunudur. Buna görə, kokona xarakterli insan dindən yanlışlıqla göstəriş ünsürü kimi istifadə edir. Bəzi vaxtlarda Allah`ı zikr edir, Allah`a inandığını, Quranı qəbul etdiyini deyir, ancaq dinin tələb etdiyi gözəl əxlaqı və həyat şəklini mənimsəmir. Allah belə insanların varlığını Quranda "Maun" surəsində bildirmişdir. Ayələrdə Allah belə buyurur:
Dini yalan hesab edəni gördünmü? Dini yalanlayanı gördünmü? O, elə adamdır ki, yetimi itələyib qovar və yoxsulu yedirtməyə rəğbətləndirməz. Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər. Onlar riyakarlıq edər və zəkat verməyi qadağan edərlər. (Maun surəsi, 1-7)
Bu xüsusiyyətin özünəməxsus, Qurandan tamamilə uzaq, batil bir din anlayışı vardır. Bu xüsusiyyəti daşıyanlar dindar olduqlarını desələr də, halal və haramlara ciddi yanaşmazlar. Allah`dan lazımi kimi qorxmazlar. Bu səbəblə, dinin özlərinə görə asan olan hökmlərini tətbiq edər, özlərinə çətin gələn və ya mənfəətlərinə uyğun olmayan hökmlərini yerinə yetirməzlər. Məsələn, gündəlik namazın birini qılır, digərlərinin vaxtında isə qonaqlığa gedəndə, yuxusu gələndə, yaxud da bazara getmək lazım gələndə asanlıqla yeni hökm çıxarıb: “Bir dəfə qılmaq bəsdir, hamısı lazım deyil”, -deyə düşünürlər. Əlbəttə, bu, son dərəcə azğın, Qurana da, sünnəyə də uyğun olmayan bir baxışdır. Ya da “mənim niyyətim vacibdir, nə etdiyim yox”kimi səhv qərar verə bilirlər. Halbuki, Allah Quranda bunun doğru olmadığını da bizlərə bildirmişdir.
Bu azğın baxışa görə din yalnız müəyyən günlərdə, müəyyən kəslərin yanında və ya müəyyən hadisələr əsnasında gündəmə gəlir. Məsələn, cənazə mərasimləri və ya mövlud mərasimləri kokona xüsusiyyətli insanların dini gündəliyə gətirdikləri yer və hadisələrdir. Çünki belə vəziyyətlər onlar üçün saxta dindarlıqlarını göstərəcəkləri fürsətlərdir. Ölən birinin arxasından dua oxumaq və ya onun axirəti ilə əlaqəli mövzu açmaq insanlara dinə verdikləri əhəmiyyəti göstərmək baxımından əhəmiyyətlidir. Əlbəttə, bütün bunlar səmimi niyyətlə edilərsə, gözəl davranışlardır. Lakin kokonaların fərqi budur ki, ölən şəxsin axirəti ilə əlaqədar danışarkən və ya arxasından dua edərkən Allah`ı unudur, ölümü və axirəti özlərindən uzaq görür və yalnız ətrafdakı insanlara göstəriş məqsədli ilə bunu edirlər.
Necə ki, kokonaların bir çoxu belə vəziyyətlərdə başına nazik yaylıq bağlayır, qara rəngli qəşəng və bahalı paltarlar geyinib cənazəyə gedirlər. Cənazə sahiblərinin gördüyü yerlərdə hüznlü və kədərli üz ifadəsi ilə başsağlığı verirlər. Ölən adamın əcəlindən, geridə qalanların sağ-salamat yaşamasından bəhs edirlər. Ancaq bütün bunları edərkən Allah`a qarşı acizlik hiss etməzlər, ölümü özlərinə yaxın görməzlər və hesab verməkdən də qorxmazlar. Əksinə, o anda cənazə mərasimini şəkil və qaydaları fərqli olan bir yığıncaq kimi qəbul edirlər. Gözəllik yarışı, dedi-qodular burada da davam edir. “Kim gəldi”, “kim nə geyinib”, “kim hansı çadranı taxıb”, “kimin eynəyinin markası nə idi” kimi mövzulardan danışarlar.
Kokona düşüncəsi ilə dinin insanlara verdiyi düşüncə bir-birinə tamamilə ziddir. Kokonalar Allah`ı tez-tez xatırlayan kimi görünürlər. Xüsusilə qəza, xəstəlik və ya özləri üçün mühüm gördükləri hadisələr anında. Ancaq çoxusu Allah`ın hər yeri əhatə etdiyini, özlərinə hər an hakim olduğunu, qədərə tabe olduqlarını, hesab verəcəklərini, dinin özlərinə məsuliyyət yüklədiyini, Allah`ın əzabını, ədalətini, gücünü heç düşünməzlər. Bəlkə də həyatları boyunca bu mövzuları dərindən heç düşünməmişdirlər. Ümumiyyətlə, Quranda əmr edilən əxlaqı bilməzlər, bilsələr də, heç tətbiq etməzlər.
Kokonaların bu azğın tərəfini ortaya çıxarmaq, əslində, çox asandır. Onlardan Allah rizası üçün təkcə bir fədakarlıq istəyəndə bu yanlış düşüncələri tamamilə ortaya çıxır. Çünki kokonalar Allah`ı razı etmək üçün ən kiçik bir çətinliyə belə düşmək istəməzlər. Həyat tərzindən, rahatlıqlarından, ətraflarından imtina etməyi gözə almazlar. Məsələn, dinin bir hökmünü yerinə yetirərkən ətrafının buna reaksiya verəcəyini bilsələr, insanların razılığını Allah`ın razılığından üstün tutarlar. Xüsusilə din adına zənginliklərindən, əyləncə və gəzintilərindən, geyim tərzlərindən və ya vərdişlərindən heç vaxt əl çəkməzlər. Halbuki, bu vəziyyətləri özlərini dəyişdirib tövbə etmədikləri müddət boyu yalnız dünyada deyil, axirətdə də özlərinə böyük itki olaraq dönər. Allah`ın razılığını qazanmaq üçün dünya həyatında ikən ən kiçik bir əziyyətdən də qaçan bir insan axirətdə böyük peşmanlıq yaşayar.
Əsl din əxlaqı insanın bütün həyatına və əxlaqına təsir etməlidir. Allah`a inanan bir insan bütün həyatını Allah`ın razılığına uyğun şəkildə, Onun dininə tabe olaraq və Quran əxlaqını tətbiq edərək yaşayar. Allah`ın dinini dünyəvi mənfəətlərinə uyğun olub-olmadığına görə əsla qiymətləndirməz. Bunu edərsə, onda bu, əsl dindarlıq olmaz. Buna görə, kokonanın dinə azğın baxışı İslamın ruhundan və məntiqindən çox uzaqdır. Halbuki, Allah ayələrində dinin yalnız Allah`a xalis edilməsinin lazım olduğunu belə buyurur:
Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə, sən də dini məhz Allah`a aid edərək yalnız Ona ibadət et! Bil ki, xalis din ancaq Allah`a məxsusdur. Allah`ı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allah`a yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! (Zumər surəsi, 2-3)
De: “Mən Allah`a dinimi yalnız Ona məxsus edərək tapınıram! Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Əsl ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!” (Zumər surəsi, 14-15)
Kafirlərə xoş gəlməsə də, Allah`a dini yalnız Ona aid edərək ibadət edin! (Mömin surəsi, 14)
Ən çətin anlarda belə kokona xüsusiyyətini tərk etməzlər
Kokonaların başqa bir cəhəti də bu xüsusiyyətin onların bütün həyatına hakim olmasıdır. Bu hakimiyyət o qədər güclüdür ki, kokonalar ən çətin anlarda belə öz qanunlarından əl çəkməzlər. Yuxarıdakı hissədə izah edilən cənazə mövzusu buna bir nümunədir. Çünki bu insanlar ən yaxın yoldaşlarının ölümlərində, hətta öz yoldaşlarının və ya uşaqlarının ölümündə belə Quran əxlaqına tamamilə zidd olan xüsusiyyətləri tərk etməyi düşünməzlər.
Bu çirkin xüsusiyyətə sahib olan insanlar düşünmə qabiliyyətlərindən heç istifadə etmədikləri üçün Allah`ın böyüklüyünü və qüdrətini tam mənası ilə dərk etməz, buna görə də Allah`dan qorxmazlar. Dolayısilə, heç bir hadisə onlara dərindən təsir etməz və səmimi davranmağa və təvazöyə yönəltməz. Yaxın yoldaşının təhlükəli xəstəliyə tutulması, uşaqlarının şikəst olması, yoldaşlarının ölüm təhlükəsi keçirməsi və bunun kimi hadisələr ruhlarında dərin təsir meydana gətirməz. Bu insanların vəziyyətindən əsla ibrət götürməzlər. Özlərinin də bir gün belə bir hadisə ilə qarşılaşacaqlarını düşünüb əxlaqlarını gözəlləşdirməyə, səhvlərini düzəltməyə çalışmazlar.
Kokonaların dözə bilmədiyi və onları sıxıntıya salan yalnız bir hadisə vardır: öz ölümləri. Kokonaların həyatda ən çox qorxduqları şey ölməkdir. Ölümün özlərinə həqiqətən yaxınlaşdığını hiss etdiklərində ciddi qorxuya düşürlər. Bu çirkin xüsusiyyətlərini ancaq o zaman tərk edir və səmimi üzlərini ortaya çıxarırlar. Məsələn, kokona zəlzələ vaxtı özünü dəyişə bilir. Belə anda onun üz ifadəsi, səs tonu, hərəkətləri və Allah`ı zikr etmə şəkli birdən-birə dəyişir. Acizliyini bilən, təvazölü, qorxan, səmimi bir şəkil alır. Ancaq zəlzələ sona çatdığı anda bu təsir birdən yox olur və kokona xüsusiyyəti eynilə geri dönür. Çünki burada xüsusiyyətin bir anlıq da olsa dəyişməsini təmin edən güc Allah qorxusu deyil, ölüm qorxusudur. Ölüm təhlükəsi keçdiyi anda bu xüsusiyyət bütün çirkinliyi ilə yenidən ortaya çıxır.
Kokona xüsusiyyəti bacarıqsızlıq və cahillik meydana gətirir
Ümumiyyətlə, kokonalar heç bir işə uyğun olmayan, heç bir mövzuda bacarığı olmayan cahil insanlar olur. Çünki bu xüsusiyyətin insana verdiyi dünya son dərəcə kiçikdir. Həyatın yalnız müəyyən sahələri ilə maraqlanırlar. Bundan başqa heç bir mövzuda məlumatları olmur.
Kokonaların maraqlandığı şeylər paltarlar, makiyaj alətləri, ətir markaları, ətrafdakı insanların şəxsi həyatı, dekorasiya modelləri, səyahət proqramları, bərbər ünvanları kimi mövzulardır. Bunların xaricində onları dərindən maraqlandıran bir mövzu yoxdur. Məsələn, Şərqi Türkistanda müsəlmanlara edilən işgəncələr, Fələstində yaşanan zülm, İraqda hər gün qətl edilən məzlumlar, Afrikada aclıqdan ölən insanlar, dünyada dinsizliyin yayılması, Quran əxlaqının tərk edilməsi və ya gənclər arasındakı əxlaqi pozuntu kokonaların heç maraqlanmadığı mövzulardır. Çünki onlar yalnız öz problemlərinə qarşı həssas olan insanlardır. Başqalarının problemləri ən yaxın yoldaşları olsa belə, onları heç maraqlandırmır. Ancaq öz mənfəətlərinə toxunan tərəfi olarsa, mövzu ilə maraqlanırlar.
Məsələn, özləri və ya ailələrindən biri xəstələnmədiyi müddət boyu xəstə olan insanlara yaxınlıq göstərməzlər. Özləri kasıb olmadıqdan sonra kasıb insanların vəziyyətini əsla düşünməzlər. Özləri ac qalmadığı müddət boyu ac insanların halından anlamazlar. Kokonaların bir mövzuda mütəəssir olmaları üçün, əvvəlcə, o hadisəni özləri yaşamalıdırlar. Özlərinə toxunmayan və narahatlıq verməyən heç bir problem onlar üçün əhəmiyyətli deyil. Müəyyən bir problemə həll axtarmaları, bunu yaşayan insanların qurtuluşu üçün cəhd göstərmələri və imkanlarından bu problemin həlli üçün istifadə etmələri ancaq bu vəziyyətin onlara da zərər verməsinə bağlıdır. Necə ki, əgər müharibə və ya aclıq olan bir ölkədə yaşayırlarsa və bu vəziyyətdən özləri də təsirlənirlərsə, buradakı problem üçün həll axtararlar. Ancaq kokona olduqları müddət boyu ağıllı və məntiqli həll axtarmaları da mümkün deyil. Əgər bir az əvvəl bəhs etdiyimiz ölkələrdən uzaq yerdə lüks rahatlıq içində yaşayırlarsa, oralardakı insanların vəziyyəti onları maraqlandırmaz. Bu mənada kokona xüsusiyyəti son dərəcə mərhəmətsiz və zalım bir xüsusiyyətdir.
Ayrıca, kokona xüsusiyyətinin insana verdiyi mədəniyyət də yalnız göstərişə əsaslandığından bu insanlar son dərəcə cahil və savadsızdırlar. Heç kitab oxumağa, ağıl işlətməyə, düşünməyə vaxt ayırmazlar. Bütün vaxtlarını və zəkalarını insanlara qarşı göstərişə ayırarlar. Buna görə, kokonaların ən diqqətə çarpan xüsusiyyətləri ağıl tələb edən mövzularda fikir bildirib ətraflarına fayda verə bilməməkləri və yaşadığı mühitə gözəllik qazandırmamaqlarıdır.
Hətta kokonalar təcili anlarda ağlı başında olan insanlara mane olur və problem çıxarırlar. Təhlükəli vəziyyətlərdə tədbir görmək lazım gəldiyində heç bir faydaları olmadığı kimi, ağılsız və bacarıqsız olduqları üçün onların da qorunmasına vaxt ayırmaq lazım olur. Məsələn, bir qəza anında dərhal həkim çağırmağın və ya ətrafa toplanan insanlara müdaxilə etməyin yerinə ağlayaraq, qışqıraraq və ağılsız hərəkətlər edərək hadisəni daha da böyüdürlər. Bunun kimi, ani hadisələrdə ağıllı davranıb problemi həll edə bilməzlər. Yalnız orada olan insanlara çətinlik törədərlər. Buna görə, kokona xüsusiyyəti insanın özünə zərər verməsindən başqa çox vaxt onu ətrafına qarşı da zərərli birisi halına gətirir.
Kokonaların həyata dair hədəfi, idealı, gözəl məqsədi olmadığı üçün, eyni zamanda, həyatlarına ağırlıq da hakimdir. Ümumiyyətlə, əyləncəyə, bərbərə, idmana, alış-veriş və ya dost ziyarətinə getməkdən başqa heç bir təcili işləri olmur. Yalnız özləri ilə əlaqəli mövzularda tələsirlər. Başqa insanların yaxşılığı, sağlamlığı, təhlükəsizliyi üçün tələsməzlər. Zaman onlar üçün qiymətli deyildir, vaxtdan rahat istifadə edirlər. Gün, ay və hətta illərini heç bir faydalı iş görmədən yalnız özləri və çevrələri ilə maraqlanmaqla keçirirlər. Bu səbəblə, son dərəcə ağır hərəkət edir, hər mövzunu uzun-uzadı danışır, ən kiçik bir mövzunu belə saatlarla həll edə bilmirlər. Məsələn, evlərindəki hər hansı bir dekorasiya dəyişikliyinə həftələrlə, hətta aylarla qərar verə bilmirlər. Hansı paltarı geyəcəklərinə, saçlarını hansı formada yığacaqlarına, hansı boyunbağını taxacaqlarına, hansı ayaqqabını alacaqlarına və bunun kimi mövzulara günlərini, aylarını ayırırlar.
Kokona xüsusiyyətinin həyata gətirdiyi bu ağırlıq bu insanların zehni fəaliyyətlərinə də eyni şəkildə əks olunur. Ağılları son dərəcə durğun olur. Doğru ilə yanlışı asan ayırd edə bilməzlər. Hikmətli danışmaz və ağıllı davranıb heç kimin əxlaqına, şəxsiyyətinə və həyat şəklinə müsbət təsir göstərə bilməzlər.
Kokona xüsusiyyətinin bəsitliyi
Bu xüsusiyyətə sahib olan insanların ən böyük iddialarından biri zadəganlıqdır. Zadəganlığın görünüş, davranış və bəzi ədəb qaydalarını tətbiq etməkdən ibarət olduğunu düşünən bu insanlar özlərini ətrafdakı insanlara qarşı son dərəcə nəcib kəslər olaraq tanıdırlar. Zənginliyin insanlara təbii nəciblik qazandırdığını və heç olmasa yemək yeməklə, oturmaqla və ya geyinməklə əlaqədar bəzi beynəlxalq qaydaları öyrənərək bu nəcibliyi əldə edə biləcəklərini düşünürlər.
Halbuki, kokonaların nəzakətli görünüşlərinin altında son dərəcə zalım, sadə və nəciblikdən uzaq bir xüsusiyyət yatır. Mənfəətlərinə zidd olan bir hadisə vaxtı davranışları və ya dəyər vermədikləri insanlara qarşı hərəkətləri də bu vəziyyəti açıq şəkildə ortaya çıxarır. Məsələn, çevrəsi tərəfindən son dərəcə nəzakətli bilinən bir kokona mağazada çantasını itirdiyində son dərəcə bəsit rəftar göstərməyə başlayar. Satıcılara qışqırar, onları oğurluqda günahlandırar. Dərhal çantasının tapılmasını, yoxsa oradakı hamını məhkəməyə verəcəyini deyər. Son dərəcə bəsit danışıq şəkli və səs tonu ilə hadisə ilə əlaqəsi olmayan insanlara qışqırar. O anda nəciblik və ədəb tamamilə itib gedər. Mənfəətlərinə zərər gələcəyini düşündüyü üçün əsl siması ortaya çıxar.
Mərhəmət, nəciblik, ədəb kimi mövzuların kokonalarda yalnız təqlidə əsaslandığını anlamaq üçün çoxlu nümunə göstərmək olar. Məsələn, bir kokona özünə baş çəkməyə gələn yaxın yoldaşının uşağına qarşı son dərəcə sevgi göstərər. Onu qucağına alar və iltifat edər. Nəzakətlə uşağın yıxılmamağına və ya zərər görməməyinə diqqət edər. Ancaq evinə kasıb bir ailənin uşağı gəldiyində davranışı fərqli olar. Onun otaqdakı kreslolarda oturmasını, yaxşı qablarda yemək yeməsini, evin içində gəzməsini istəməz. Bu uşağa toxunmaq və ya onu sevmək istəməz. Mərhəmət göstərməz, hətta əksinə davranar.
Bu xüsusiyyətə sahib olan insanlar həyat tərzlərinin dəyişilməsinə təhəmmül etməzlər, buna görə də tez əsəbiləşərlər. Məsələn, gözəl geyinən və dəvət edildiyi qonaqlığa çatmağa çalışan bir kokona düşünək. Ətrafındakılarla nəzakətli danışan və mülayim davranan bu adam əgər dəvət edildiyi yerin avtoparkında yer tapa bilməzsə, birdən rəftarı dəyişər. Avtomobilini uzaqda saxlayacağını anlayınca avtopark vəzifəlisini günahlandırmağa başlayar. Bu adamı alçaldıb istədiyini əldə etməyə çalışar. İsrarı fayda verməzsə, tez kobudlaşar, səs tonu, danışığı dəyişər. Çünki kokonaların zadəganlığı yalnız görünüşə əsaslanır.
Həqiqi zadəganlıq imandan qaynaqlanır və ruhda yaşanır. Ancaq Allah`a iman edən, hər şeyin qarşılığını Allah`dan gözləyən, Quran əxlaqının əsası olan ruh gözəlliyini yaşayan bir insan əsl nəcibliyə və izzətə sahib ola bilər. Belə bir insan şərtlərə və şəxslərə görə dəyişməyən, maddiyyat ardınca qaçmayan, təvazökar, şərəfli və nəzakətli davranışa sahib olur. Allah Quranda gerçək izzət və qürurun Allah`a və Allah`ın tərəfdarlarına aid olduğunu bildirir:
Onlar: “ Əgər biz Mədinəyə qayıtsaq, ən güclülər ən zəifləri, əlbəttə, oradan çıxardacaqlar!" – deyirlər. Halbuki, şərəf-şan da yalnız Allah`a, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər bilməzlər! (Munafiqun surəsi, 8)
O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. Qüdrət və izzəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, qüdrət və izzət tamamilə Allah`a məxsusdur! (Nisa surəsi, 139)
Hiç yorum yok:
Yorum Gönder