17 Mayıs 2016 Salı

Yaradılış Gerçəyi (2/2) (Fosillər Təkamülü Əsassız Edir)

Yaradılış Gerçəyi (2/2)
(Fosillər Təkamülü Əsassız Edir)

Uçan Balıq

Uçan balıqlar quyruq üzgəcinin çox sürətli hərəkəti ilə sudan çıxan və müəyyən bir məsafə uçduqdan sonra yenidən yavaş-yavaş suya düşən balıqlardır. 100 milyon ildir ki, ən kiçik bir dəyişikliyə belə uğramayan bu balıqlar təkamülçülərin canlıların mənşəyi və tarixi haqqındakı bütün iddialarını yerlə bir edir.
uçan balık
Dövr: Mezozoy erası, Trias dövrü
Yaşı: 95 milyon il
Tapıldığı yer: Liviya

 Mərsin Balığı

Müasir dövrdə yalnız iki soyunu davam etdirən mərsin balıqları həmişə mərsin balığı olaraq mövcud olmuşdur. Başqa bir canlıdan törəməmiş, başqa bir canlıya da çevrilməmişlər. Bu həqiqəti təsdiq edən  qalıq tapıntıları digər bütün canlılar kimi, mərsin balıqlarının da təkamül keçirmədiklərini söyləyir.
mersin balığı
Dövr: Mezozoy erası, Trias dövrü
Yaşı: 144 - 65 milyon il
Tapıldığı yer: Çin

Dağdağan Yarpağı

Dağdağan ağacı orta böyüklükdə, təxminən 10-25 metr uzunluğundadır. Tapılan bütün dağdağan fosilləri bundan on milyonlarla il əvvəl yaşamış nümunələrinin müasir nümunələri ilə tamamilə eyni olduğunu göstərir. Bu eynilik təkamül iddiasını puç bir edir.
çitlembik yaprağı
Dövr: Kaynozoy erası, Paleogen dövrü
Yaş: 45 milyon il
Tapıldığı yer: Green River, Wyoming, ABŞ

Ayıdöşəyi (Qıjı)

Fosil qeydləri digər canlılar kimi, bitkilərin də hər hansı bir təkamül prosesindən keçmədiyini isbat etmişdir. 300 milyon il əvvəl yaşamış ayıdöşəyi otları istər görünüş, istərsə də quruluş baxımından bugünkülərin tamamilə eynisidir. Bu eynilik təkamülü əsassız edir və yaradılışın elmi və açıq həqiqət olduğunu ortaya qoyur.
eğrelti otu
Dövr: Paleozoy erası, Daş kömür dövrü
Yaş: 300 milyon il
Yer: İngiltərə

Amerika Qılıncquyruğu

Buğumayaqlılar fəsiləsinə daxil olan Amerika qılıncquyruğu (Limulus polyphemus)  Chelicerata (xeliserilər) yarımtipinə daxildir və hörümçək və əqrəb tipinə daha yaxındır. Şəkildə verilən 150 milyon il yaşındakı Amerika qılıncquyruğu fosili yaradılışın açıq bir həqiqət olduğunu, təkamülün heç bir zaman yaşanmadığını bir  daha təsdiq edir.
at nalı yengeci
Dövr: Mezozoy erası, Yura dövrü
Yaşı: 150 milyon il
Tapıldığı yer: Solnhofen, Almaniya

Skat (Rajiformes)

Bundan 100 milyon il əvvəl yaşayan skatların (Rajiformes) sahib olduqları bütün xüsusiyyətlərə hazırda yaşayan skatlar da malikdir. Bunun mənası isə vatozların 100 milyon il keçməsinə baxmayaraq, heç dəyişmədikləri, yəni təkamül keçirmədikləridir.
vatoz
Dövr: Mezozoy erası, Trias dövrü
Yaşı: 100 milyon il
Tapıldığı yer: Livan

Budaqları Ilə Birlikdə Qaraağac Yarpağı

Əldə edilən saysız fosil nümunələri hər bitkinin özünəməxsus xüsusiyyətlərlə yaradıldığını və bu günə qədər dəyişmədiyini göstərir. Bu həqiqəti sübut edən tapıntılardan biri də şəkildə verilən 54 - 37 milyon illik budaqları ilə birlikdə qaraağac yarpağı fosilidir.
karaağaç yaprağı
Dövr: Kaynozoy erası, Paleogen dövrü
Yaşı: 54 - 37 milyon il
Tapıldığı yer: Cache Creek, Kanada

Ayıdöşəyi (Qıjı)

Darvinistlər canlıların fasiləsiz olaraq dəyişdiklərini, yəni təkamül keçirdiklərini söyləyirlər. Fosillər isə canlıların yaradıldıqları andan etibarən heç dəyişmədiklərini göstərir. Bunun mənası isə açıqdır: canlılar təkamül keçirməmiş, uca Allah tərəfindən yaradılmışdır.
eğrelti otu
Dövr: Paleozoy erası, Daş kömür dövrü
Yaş: 300 milyon il
Yer: İngiltərə

Donqar Ağcaqanad (Phoridae)

Donqar ağcaqanadlar (Phoridae) milyonlarla ildir eyni quruluşdadır. 45 milyon illik ənbər də bu həqiqətin dəlillərindəndir. Əgər canlı 45 milyon ildir ən kiçik dəyişikliyə belə uğramamışdırsa, o canlının təkamül keçirdiyindən bəhs etmək yersizdir. Fosillər təkamülçülərin yalan danışdıqlarının ən mühüm göstəricisidir.
kambur sinek
Dövr: Kaynozoy erası, Paleogen dövrü
Yaşı: 45 milyon il
Tapıldığı yer: Rusiya

Bitki Birəsi (Homopteran)

Qalıqların göstərdiyi kimi, hazırda yaşayan böcək növlərinin hamısı yaradıldıqları andan etibarən bu günkü qüsursuz quruluşlarına malikdir, mərhələlərlə inkişaf etməmiş və heç zaman dəyişikliyə uğramamışlar. Bu həqiqətin dəlillərindən biri də şəkildə verilən ənbər içindəki 50 milyon illik bitki birəsidir. (Homopteran)
bitki piresi
Dövr: Kaynozoy erası, Paleogen dövrü
Yaşı: 50 milyon il
Tapıldığı yer: Polşa

Pelobatidae Qurbağa

Pelobatidae fəsiləsinə daxil olan bu qurbağa cinsinin bir qismi arxa ayaqları ilə torpağı qazaraq torpağın içində, bir qismi də suda yaşayır. Bu heyvanlar birdən ortaya çıxmışlar, yəni yaradılmışdılar və ilk ortaya çıxdıqları andan bu günə heç bir təkamül keçirməmişlər.
Üstte sağda, Pelobatidae familyasına ait bugünkü kurbağalar.
Kurbağa fosili ve günümüzdeki kurbağa
Dövr: Kaynozoy erası, Paleogen dövrü
Yaşı: 50 milyon il
Tapıldığı yer: Messel, Almaniya

Çanaqlı Bağa

Ən qədim çanaqlı bağa fosilləri təxminən 200 milyon il əvvələ aiddir və o dövrdən bu günə kimi bu canlılarda heç bir dəyişiklik olmamışdır. Şəkildə verilən 37 - 23 milyon illik çanaqlı bağa fosili də mükəmməl xüsusiyyətləri ilə  hazırda yaşayan çanaqlı bağalardan fərqli olmadığını göstərir.
Kaplumbağa fosili
Hazırkı çanaqlı bağalarla və milyonlarla il əvvəlki çanaqlı bağalar arasında heç bir fərq yoxdur.
Şəkildə 37-23 milyon illik çanaqlı bağa fosili

Hiç yorum yok:

Yorum Gönder